Top.Mail.Ru
İDMAN

“Sabah”ın baş məşqçisi: “Bugünkü hakimlik biabırçılıq idi”

“Üçüncü dəqiqədə buraxdığımız qoldan sonra oyunda dominantlıq edən tərəf idik. İkinci qolu isə başa düşmək olar. Hücumlarımızda sonluq çatmırdı. Deyiləsi bir söz yoxdur. Futbolda belə halların tez-tez təkrarlanması mənə çatmır. Biri var oynamırsan və məğlub olursan. Oynayıb uduzmağı isə başa düşə bilmirəm”.

“Report”un məlumatına görə, bu fikirləri “Sabah”ın baş məşqçisi Ramin Quliyev səfərdə “Keşlə”yə 0:2 hesabı ilə uduzduqları Premyer Liqanın VI tur oyunundan sonra mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis hakimlə bağlı danışmaq istəmədiyini bildirib. “İlk turdakı “Səbai”lə matçda da baş hakim Rəşad Əhmədov idi. Elə bil “Sabah”la hansısa qərəzi var. 3-cü dəqiqədən rəqib qapıçı vaxt aparıb, ona bir dəfə də xəbərdarlıq etmədi. Ancaq son dəqiqələrdə sarı vərəqə göstərdi. Rəşad Əhmədov kimi hakimlər futbolu öldürməklə məşğuldur. “Səbail”lə matçda da eyni şeyi başımıza açdı. Bugünkü hakimlik biabırçılıq idi. Epizoda da baxdıq, leyhimizə təmiz penalti verilmədi. Nə olmalıdı ki, rəqib qapısına penalti verilsin? Azərbaycan hakimlərindən danışmaq istəmirəm, sadəcə, Rəşad Əhmədovun etdikləri birbaşa qərəzdir”.

Quliyev klub rəhbərliyi ilə ətraflı danışacaqlarını sözlərinə əlavə edib: “İstefadan çəkinmirəm və qorxmuram. Hər bir oyunda yaxşı oynayırıq. Böhrandan çıxış məşqlərdə daha çox işləməkdir”.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button