Top.Mail.Ru
İDMAN

Şevçenko “Seltik”ə rəhbərlik EDƏ BİLƏR

Futbol üzrə Ukrayna milli komandasının sabiq baş məşqçisi Andrey Şevçenko Şotlandiya “Seltik”inin sükanı arxasına keçə bilər.

“Report”un “The Sun”a istinadən məlumatına görə, 45 yaşlı mütəxəssis Böyük Britaniyada çalışmaq istəyir. “Keltlər” isə ukraynalı mütəxəssisi Ante Postekoğlunu əvəzləməyə namizədlərdən biri kimi nəzərdən keçirir. Posteqoğlunun rəhbərliyi altında “Seltik” qeyri-qənaətbəxş nəticələr göstərir.

Qeyd edək ki, “Seltik” Avropa Liqasına 2 məğlubiyyətlə başlayıb. Şotlandiya çempionatında isə bu komanda 7 oyundan 10 xalla 6-cı yerdə qərarlaşıb.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button