Top.Mail.Ru
İDMAN

“Qarabağ”ın legionerinin başına tikiş QOYULUB

Kiprdə “Omoniya”ya qarşı UEFA Konfrans Liqasının qrup oyununda başından zədələnmiş “Qarabağ”ın futbolçusu Filip Ozobiçə matçdan dərhal sonra tibbi yardım göstərilib.

Bu barədə “Report”a Ağdam klubunun Mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.

Onun sözlərinə görə, final fitindən sonra xorvatiyalı yarımmüdafiəçinin başına 6 tikiş qoyulub.

Qeyd edək ki, “Omoniya” – “Qarabağ” matçı Ağdam klubunun 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button