Top.Mail.Ru
İDMAN

“Qəbələ”nin ilk məğlubiyyəti, “Qarabağ” vahid LİDER OLUB

Futbol üzrə Azərbaycan Premyer Liqasında VI tura yekun vurulub.

“Report”un məlumatına görə, turun son matçında “Qarabağ” “Qəbələ”nin qəbul edib. “Azersun Arena”da keçirilən mərkəzi qarşılaşma Ağdam klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda hər 2 qol ikinci hissədə vurulub. Əvvəlcə 52-ci dəqiqədə Abdullah Zubir hesabı açıb. 66-cı dəqiqədə isə Ramil Şeydayev görüşdə son nöqtəni qoyub. Bu, “Qəbələ”nin cari mövsümdə ilk məğlubiyyəti olub.

Bu nəticədən sonra xallarını 14-ə çatdıran “köhlən atlar” vahid lider olub. “Qırmızı-qaralar” isə 11 xalla 3-cü pilləyə geriləyib.

Qeyd edək ki, turun açılış oyununda “Zirə” doğma meydanda “Sumqayıt”a qalib gəlib – 1:0. Ötən gün keçirilmiş matçlarda “Neftçi” səfərdə “Səbail”i 3:1, “Keşlə” isə evdə “Sabah”ı 2:0 hesabı ilə məğlub edib.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button