Top.Mail.Ru
İDMAN

Dünya çempionatı: Azərbaycanın son iki güləşçisi mübarizəyə başlayır

Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında bu gün Azərbaycanın son iki sərbəst güləşçisi mübarizəyə başlayacaq.

“Report”un məlumatına görə, 70 kq çəki dərəcəsində çıxış edən Turan Bayramov 1/8 final mərhələsində Adam Batırov (Bəhreyn) / Zaur Əfəndiyev (Serbiya) cütünün qalibi ilə üz-üzə gələcək.

97 kq-dakı İslam İlyasov isə Aleksandr Xuştinlə (Belarus) güləşəcək.

70 kq
1/8 final: Turan Bayramov – Adam Batırov (Bəhreyn) / Zaur Əfəndiyev (Serbiya)

97 kq
1/8 final: İslam İlyasov – Aleksandr Xuştin (Belarus)

Bu ün həmçinin 92 kq-da yarışan Osman Nurməhəmmədov bürünc medal uğrunda görüşə çıxacaq. O, Hyeokbeom Qvon (Koreya) / Omarhacı Məhəmmədov (Belarus) duelinin güclüsü ilə qarşılaşacaq. Təsnifat qarşılaşmaları Bakı vaxtı ilə saat 12:30-da, medal mübarizələri isə saat 20:00-da start götürəcək.

92 kq

Bürünc medal görüşü: Osman Nurməhəmmədov – Hyeokbeom Qvon (Koreya) / Omarhacı Məhəmmədov (Belarus)

Qeyd edək ki, hələlik Azərbaycanın sərbəst güləşçilərindən yalnız Abubakr Abakarov (86 kq) bürünc medal qazanıb.


KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button