Top.Mail.Ru
İDMAN

Azərbaycan millisi qarşıdakı iki oyunun hazırlıqlarına başlayıb

Futbol üzrə Azərbaycan milli komandası İrlandiya və Serbiyaya qarşı keçirəcəkləri 2022-ci il dünya çempionatının seçmə oyunlarının hazırlığına başlayıb.

Bu barədə “Report”a AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla məlumat verib.

O, legionerlərin sabah komandaya qoşulacağını bildirib və heyətdə hansısa problemin olmadığını diqqətə çatdırıb.

Qeyd edək ki, Azərbaycan millisi İrlandiya ilə oktyabrın 9-da Bakıda, Serbiya ilə oktyabrın 12-də Belqradda üz-üzə gələcək.


KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button