Top.Mail.Ru
İDMAN

Türkiyə yığmasının sabiq futbolçusu koronavirusdan vəfat edib

Türkiyə millisinin və “Göztepe” klubunun sabiq futbolçusu Doğan Küçükduru dünyasını dəyişib.

“Report” “Milliyet”ə istinadən xəbər verir ki, keçmiş hücumçu 72 yaşında koronavirusdan vəfat edib.

O, İzmir şəhərində müalicə aldığı xəstəxanada ölüb.

Qeyd edək ki, Doğan Küçükduru “Göztepe”dəki oyunu ilə məşhurlaşıb. O, 1971 – 1975, 1977 – 1980-cı illərdə İzmir təmsilçisinin, 1974-cü ildə isə bir matçda Türkiyə yığmasının formasını geyinib.


KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button