Top.Mail.Ru
İDMAN

Azərbaycan güləşçiləri Osloda Nur-Sultandakından zəif nəticə göstərib

Azərbaycan güləşçiləri Norveçin paytaxtı Oslodakı dünya çempionatını 6 mella başa vurub.

“Report”un məlumatına görə, komanda 2 il əvvəl Qazaxıstanın paytaxtı Nur-Sultandakı mundialda da eyni sayda medal əldə edib. Lakin həmin vaxt medal əyarı daha üstün olub.

Azərbaycan Oslodakı yarışda 1 qızıl, 1 gümüş və 4 bürünc medalla komanda hesabında dünyada 7-ci yeri tutub. Nur-Sultanda isə 1 qızıl, 3 gümüş və 2 bürünc medal əldə olunmuşdu.

Beləliklə, müstəqillik bərpa olunandan sonra güləşçilərin dünya çempionatlarında qazanılmış medalların sayı 78-ə çatıb. Azərbaycan 16 qızıl, 28 gümüş və 34 bürünc medalla Polşanı geridə qoyub və 16-cı pilləyə yüksəlib.

Qeyd edək ki, yunan-Roma güləşçilərindən Rafiq Hüseynov (82 kq) qızıl, Sənan Süleymanov (77 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Murad Məmmədov (60 kq) bürünc medal qazanıb. Sərbəst güləşçilərdən Abubakr Abakarov (86 kq) və Osman Nurməhəmmədov (92 kq) da bürünc medalla kifayətlənib. Qadın güləşçilərdən isə heç biri medal əldə edə bilməyib.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button