Top.Mail.Ru
İDMAN

Türkiyə Latviyaya qarşı, Almaniya və Belçika dünya çempionatına vəsiqə qazana bilər

2022-ci il futbol üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində bu gün VIII tura start veriləcək.

“Report”un məlumatına görə, ilk oyun günündə E, G, H və J qruplarında ümumilikdə 11 qarşılaşma keçiriləcək.

E qrupunda Estoniya Uelsi, Belarus isə Çexiyanı qəbul edəcək. Uels Estoniyaya qalib gələ bilməsə, Belçika bu tur istirahət edəcəyi halda, dünya çempionatına qrup lideri kimi vəsiqə qazanacaq.

G qrupunda Türkiyə millisi Latviyanın qonağı olacaq. Hazırda 12 xalla 3-cü pillədə olan “ay-ulduzlular” qrup lideri kimi mundiala birbaşa vəsiqə şanslarını qorumaq üçün mütləq qalib gəlməlidirlər.

Bu qrupun digər matçlarında lider Niderland xalsız Cəbəllütariqi, 2-ci yerdə gedən Norveç isə Monteneqronu qəbul edəcək. Türkiyə Latviyaya uduzsa və Monteneqro Norveçi yenə bilməsə, “narıncılar” “cırtdanlar”a qalib gəlməklə, ilk 2 pillədə yerini təmin edəcək.

H qrupunda Xorvatiya Slovakiyanı, Sloveniya Rusiyanı, Kipr isə Maltanı sınağa çəkəcək. Rusiya bu qrupda ilk 2 yerdən birini tutmaq üçün qələbə qazanmalıdır.

J qrupunda Rumıniya Ermənistanı, Şimali Makedoniya Almaniyanı, İslandiya Lixtenşteyni qəbul edəcək. Lider Almaniya səfərdə Şimali Makedoniyaya qalib gəlsə, Ermənistan isə xal itirsə, Bundestim vaxtından əvvəl dünya çempionatına vəsiqəni təmin edəcək.

Qeyd edək ki, dünya çempionatına birbaşa vəsiqəni 10 qrupda 1-ci yeri tutan komandalar qazanacaqlar. 2-ci pilləni tutan 10 ölkə Millətlər Liqasının ümumi reytinqində 2 qrup qalibləri ilə birgə pley-off mərhələsində üz-üzə gələrək, qalan 3 vəsiqənin sahibini müəyyənləşdirəcək.

DÇ-2022, seçmə mərhələ
VIII tur
11 oktyabr

E qrupu

22:45. Belarus – Çexiya

22:45. Estoniya – Uels

Xal durumu: Belçika – 16 (6 oyuna), Çexiya – 8 (6), Uels – 8 (5), Estoniya – 4 (5), Belarus – 3 (6).

G qrupu

22:45. Latviya – Türkiyə

22:45. Niderland – Cəbəllütariq

22:45. Norveç – Monteneqro

Xal durumu: Niderland – 16, Norveç – 14, Türkiyə – 12, Monteneqro – 11, Latviya – 5, Cəbəllütariq – 0.

H qrupu

20:00. Kipr – Malta

22:45. Sloveniya – Rusiya

22:45. Xorvatiya – Slovakiya

Xal durumu: Xorvatiya – 16, Rusiya – 16, Sloveniya – 10, Slovakiya – 9, Malta – 4, Kipr – 4.

J qrupu

22:45. Şimali Makedoniya – Almaniya

22:45. Rumıniya – Ermənistan

22:45. İslandiya – Lixtenşteyn

Xal durumu: Almaniya – 18, Şimali Makedoniya – 12, Ermənistan – 12, Rumıniya – 10, İslandiya – 5, Lixtenşteyn – 1.


KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button