Top.Mail.Ru
İDMAN

UEFA Millətlər Liqası finalının ən yaxşı futbolçusu məlum olub

Fransanın futbol üzrə yığmasının hücumçusu Kerim Benzema UEFA Millətlər Liqasının final matçının İspaniya milli komandası ilə qarşılaşmasının (2:1) ən yaxşı oyunçusu seçilib.

“Report” xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti bildirib.

Benzema yarışın finalında Fransa komandasının ilk qolunu vurub.

Qeyd edək ki, hesabı 64-cü dəqiqədə İspaniya yığmasından Mikel Oyarsabal açıb. Bundan cəmi 2 dəqiqə sonra Kərim Benzema bərabərlik qolunu vurub. Qarşılaşmanın 80-ci dəqiqəsində isə Kilian Mbappe Fransa yığmasının qələbə qolunu vurub.

Fransa tarixdə ikinci dəfə Millətlər Liqasının qalibi olub. İlk qalib adını 2019-cu ildə Portuqaliya yığması qazanıb.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button