Top.Mail.Ru

İDMAN

Azərbaycanın yunan-Roma güləşi üzrə millisi rekorda imza atıb

Yunan-Roma güləşi üzrə Azərbaycan milli komandası Norveçin paytaxtı Oslodakı dünya çempionatını 3-cü pillədə başa vurub.

“Report” xəbər verir ki, baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında yığma 1 qızıl, 1 gümüş və 2 bürünc medalla 107 xal toplayıb. Rusiya 152 xalla birinci, İran 146 xalla ikinci pillədə qərarlaşıb.

Beləliklə, Azərbaycan komandası 6 illik fasilədən sonra Dünya çempionatında ilk “3-lük”də qərarlaşıb. Bundan başqa, Azərbaycan yunan-Roma güləşi tarixində ilk dəfə mundialda 4 medal qazanıb ki, bu da rekord nəticədir.

Loading...
Yazının davamı reklamdan sonra

Qeyd edək ki, Osloda Rafiq Hüseynov (82 kq) qızıl, Sənan Süleymanov (77 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Murad Məmmədov (60 kq) bürünc medal qazanıb.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button