Top.Mail.Ru
İDMAN

“Araz-Naxçıvan” klubu heyətinə yeni braziliyalı futzalçı cəlb edib

UEFA Çempionlar Liqasında təmsil edən “Araz-Naxçıvan” heyətinə daha bir futzalçı cəlb edib.

“Report” xəbər verir ki, yayda iki braziliyalı oyunçu ilə güclənən son çempionun növbəti transferi də “sambaçı”dır. Əsasən müdafiədə yer alan David Qustavonun son klubu vətənində “Campo Mourao” olub.

İyirmi beş yaşlı futzalçı artıq klubun heyətində qeydiyyata salınıb və o, Yüksək Liqanın oyunlarında da iştirak edə biləcək.

Qeyd edək ki, “Araz-Naxçıvan” iyulda da heyətinə iki braziliyalı legioner cəlb edib. Belə ki, 28 yaşlı Conatas Felipe və 24 yaşlı Emanoel Rodrigeslə mövsümün sonunadək müqavilə bağlanılıb.

Felipe Braziliyanın “Pato” klubundan transfer olunub. Rodriges isə həmyerlisindən fərqli olaraq, Avropada legioner həyatı yaşamağı bacarıb. O, Qazaxıstanın “Atırau” klubunda çıxış edib.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button