Top.Mail.Ru
İDMAN

Dünya çempionatında uğurlu nəticə qazanan Azərbaycan güləşçiləri Vətənə qayıdıb

Norveçin paytaxtı Osloda keçirilmiş dünya çempionatında 1 qızıl, 1 gümüş və 2 bürünc medalla komanda hesabında 3-cü yeri tutan yunan-Roma güləşi üzrə Azərbaycan millisi Vətənə qayıdıb.

“Report” xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında yığmanın qarşılanma mərasimi keçirilib. Mərasimdə idman azarkeşləri, güləşçilərin yaxınları, media mənsubları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında yığma 1 qızıl, 1 gümüş və 2 bürünc medalla 107 xal toplayıb. Rusiya 152 xalla birinci, İran 146 xalla ikinci pillədə qərarlaşıb. Bununla da Azərbaycan komandası 6 illik fasilədən sonra dünya çempionatında ilk “3-lük”də qərarlaşıb. Azərbaycan yunan-Roma güləşi tarixində ilk dəfə mundialda 4 medal qazanıb ki, bu da rekord nəticədir.

Xatırladaq ki, Osloda Rafiq Hüseynov (82 kq) qızıl, Sənan Süleymanov (77 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Murad Məmmədov (60 kq) bürünc medal qazanıb.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button