Top.Mail.Ru
İDMAN

AVRO-2023: Azərbaycanın U-21 yığması Xorvatiya ilə qarşılaşacaq

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi 2023-cü il Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirəcək.

“Report”un məlumatına görə, Milan Obradoviçin baş məşqçi olduğu komanda A qrupundakı 4-cü sınağında Xorvatiya ilə üz-üzə gələcək.

Sumqayıtdakı “Kapital Bank Arena”da oynanılacaq qarşılaşma saat 20:30-da başlayacaq. Matçı Çexiyadan olan FIFA referisi Ondrjey Berka idarə edəcək.

Azərbaycan millisi qrupda keçirdiyi ilk iki görüşdə Xorvatiya və Avstriyaya məğlub olub, üçüncü oyunda isə Finlandiya ilə heç-heçə edib. Hazırda 1 xalı olan yığma 6 kollektiv arasında 5-ci pillədə qərarlaşıb. Xorvatiya isə 9 xalla 2-cidir.

AVRO-2023-ün seçmə mərhələsi

12 oktyabr

20:30. Azərbaycan – Xorvatiya
Baş hakim: Ondrjey Berka (Çexiya)
Sumqayıt. “Kapital Bank Arena”

Xal durumu: Avstriya – 9 (4 oyuna), Xorvatiya – 9 (3), Norveç – 6 (3), Finlandiya – 4 (3) , Azərbaycan – 1 (3), Estoniya – 0 (4)

Qeyd edək ki, qrupun digər matçlarında Norveç Estoniyanı, Finlandiya isə Avstriyanı qəbul edəcək.


KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button