Top.Mail.Ru
İDMAN

DÇ-2022: Danimarka mundiala vəsiqə qazana bilər, İngiltərə Macarıstanı qəbul edəcək

2022-ci il futbol üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində VIII tura yekun vurulacaq.

“Report”un məlumatına görə, qarşılaşmaların ardından bir neçə yığma qruplardakı mövqelərini daha da yaxşılaşdıra bilər.

A qrupunda Portuqaliya Lüksemburqu, Serbiya isə Azərbaycanı qəbul edəcək. Meydan sahibləri qələbə qazanacaqları təqdirdə ilk iki sıranı özləri üçün təmin edəcəklər.

Gürcüstan Kosovonun, Yunanıstan isə İsveçin qonağı olacaq. B qrupundakı yığmaların taleyi qarşıdakı turlarda həll olunacaq.

Son Avropa çempionu İtaliya da meydana çıxmadan ilk iki sıradan birini rəsmiləşdirə bilər. Bunun üçün Bolqarıstanın Şimali İrlandiyaya uduzmaması lazımdır. C qrupunda İsveçrə Litvanı yensə və Şimali İrlandiya Bolqarıstana qalib gələ bilməsə, İsveçrənin də ilk pillələrdə yer alacağı dəqiqləşəcək.

D qrupunun bu günkü matçları da B qrupu kimi həlledici olmayacaq. Qazaxıstan Finlandiya ilə, Ukrayna Bosniya və Herseqovina ilə üz-üzə gələcək.

F qrupunda Danimka Avstriyanın müqavimətini qırmağa çalışacaq. Meydan sahibləri bu görüşdə uduzmasa DÇ-2022-yə vəsiqə əldə edəcək.

I qrupunda İngiltərə Macarıstanı, San Marino Andorranı, Albaniya isə Polşanı qəbul edəcək. Britaniyalılar qələbə sayəsində ilk iki sıranı rəsmiləşdirmiş olacaq.

Qeyd edək ki, dünya çempionatına birbaşa vəsiqəni 10 qrupda 1-ci yeri tutan komandalar qazanacaqlar. 2-ci pilləni tutan 10 ölkə Millətlər Liqasının ümumi reytinqində 2 qrup qalibləri ilə birgə pley-off mərhələsində üz-üzə gələrək, qalan 3 vəsiqənin sahibini müəyyənləşdirəcək.

DÇ-2022, seçmə mərhələ
VIII tur
12 oktyabr

A qrupu

22:45. Portuqaliya – Lüksemburq

22:45. Serbiya – Azərbaycan

Xal durumu: Serbiya – 14 (6 oyuna), Portuqaliya – 13 (5), Lüksemburq – 6 (5), İrlandiya – 5 (6), Azərbaycan – 1 (6)

B qrupu

22:45. Kosovo – Gürcüstan

22:45. İsveç – Yunanıstan

Xal durumu: İspaniya – 13 (6 oyuna), İsveç – 12 (5), Yunanıstan – 9 (5), Kosovo – 4 (6), Gürcüstan – 1 (6)

C qrupu

22:45. Litva – İsveçrə

22:45. Bolqarıstan – Şimali İrlandiya

Xal durumu: İtaliya 14 (6 oyuna), İsveçrə – 11 (5), Şimali İrlandiya – 5 (4), Bolqarıstan – 5 (6), Litva – 3 (6)

D qrupu

18:00. Qazaxıstan – Finlandiya

22:45. Ukrayna – Bosniya və Herseqovina

Xal durumu: Fransa – 12 (6 oyuna), Ukrayna – 8 (6), Bosniya və Herseqovina – 6 (5), Finlandiya – 5 (5), Qazaxıstan – 3 (6)

F qrupu

22:45. Farer adaları – Şotlandiya

22:45. Danimarka – Avstriya

22:45. İsrail – Moldova

Xal durumu: Danimarka – 21, Şotlandiya – 14, İsrail – 10, Avstriya – 10, Farer adaları – 4, Moldova – 1

I qrupu

22:45. San Marino – Andorra

22:45. İngiltərə – Macarıstan

22:45. Albaniya – Polşa

Xal durumu: İngiltərə – 19, Albaniya – 15, Polşa – 14, Macarıstan – 10, Anorra – 3, San Marino – 0.

Yoldaşlıq görüşü

22:45. İrlandiya – Qətər


KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button