Top.Mail.Ru
İDMAN

Elçin Cəfərov: “Dünya çempionatındakı uğur Azərbaycan güləşində tarixi hadisədir”

“Bu Azərbaycan idmanında, güləşində tarixi hadisədir. Sərbəst güləşçilərimiz bir neçə gün əvvəl oktyabrın 2-dən 10-a kimi Norveçin paytaxtı Osloda keçirilmiş yunan-Roma güləşi üzrə dünya çempionatından qayıtdılar. Onlar iki bürünc medalla gəldilər. Bu gün isə yığma komandamız yunan-Roma güləşi üzrə dünya çempionatında komanda hesabında bürünc mükafatını qazanıb. Bildiyiniz kimi Rafiq Hüseynv 82 kq çəkidə qızıl medal, Sənan Süleymanov 77 kq çəkidə 2-ci yerə, Eldəniz Əzizli 55 kq çəkidə, Murad Məmmədov 60 kq çəkidə bürünc medallar qazandılar. Bu, Azərbaycan Güləş Federasiyasını böyük uğurudur”.

“Report” xəbər verir ki, bu sözləri Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov Norveçin paytaxtı Osloda keçirilmiş yunan-Roma güləşi üzrə dünya çempionatında Azərbaycan millisinin qazandığı nəticələri şərh edərkən deyib.

O, qeyd edib ki, bu yarışlara hazırlıq, təlim-məşq toplantıları uzun müddət aparılıb.


KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button