Top.Mail.Ru
İDMAN

Türkiyə millisinin baş məşqçisi qələbə qolundan sonra ağlayıb

Türkiyə millisinin baş məşqçisi Ştefan Kunts Latviyaya 2:1 hesabı ilə qalib gəldikləri 2022-ci il dünya çempionatının seçmə oyunundan sonra ağlayıb.

“Report”un məlumatına görə, 59 yaşlı almaniyalı mütəxəssis 90+9-cu dəqiqədə Burak Yılmazın penaltidən vurduğu qoldan sonra göz yaşlarını saxlaya bilməyib.

Qeyd edək ki, qarşılaşma Türkiyə yığmasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. 15 xal toplayan komanda G qrupunda 3-cü pillədə qərarlaşıb. Norveç 17 xalla ikinci, Niderland isə 19 xalla birinci pillədədir.


KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button