Top.Mail.Ru
İDMAN

Azərbaycanın veteran futbolçusu “Kəpəz”də işlə təmin olunub

Azərbaycanın veteran futbolçusu Rövşən Əhmədov “Kəpəz” klubunda işlə təmin olunub.

Gəncə təmsilçisinin Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, keçmiş hücumçu aşağı yaş qruplarında seleksiyaçı məşqçi vəzifəsini yerinə yetirəcək.

Əhmədov futbolçu kimi “Kəpəz”lə Azərbaycan çempionu, ölkə kubokunun qalibi olub. O, “sarı-göylər”in heyətində çempionatın bombardiri adını da qazanıb.

Xatırladaq ki, Rövşən Əhmədov daha əvvəl işsizlikdən əziyyət çəkdiyini bildirib.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button