Top.Mail.Ru
İDMAN

FIFA milli federasiyanın fəaliyyətini bərpa edib

FIFA Çad Futbol Federasiyasının (FTFA) fəaliyyətini bərpa edib.

“Report” ali futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, qərar yerli hökumətin FTFA-ya verilən səlahiyyətləri bərpa etməsindən sonra qəbul olunub.

Hakimiyyət futbolu müvəqqəti idarə etməkdən ötrü milli komitə yaratmaq fikrindən daşınıb. Milli federasiyanın binaları yenidən qurumun prezidenti Moktar Mahamudun nəzarətindədir.

Qeyd edək ki, FIFA FTFA-nın fəaliyyətini apreldə dayandırıb. Həmin vaxt ölkənin səlahiyyətli nümayəndələri təşkilatın mandatını birdəfəlik ləğv edib.


KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button