Top.Mail.Ru
İDMAN

Paralimpiya çempionu dopinqə görə cəzalanıb

Beynəlxalq Paralimpiya Komitəsi (IPC) nigeriyalı pauerliftinqçi Pol Kehindeni anti-dopinq qaydalarını pozduğuna görə cəzalandırıb.

“Report” IPC-nin rəsmi saytına istinadən xəbər verir ki, 33 yaşlı paralimpiyaçı orqanizmində diuretiklər, hidroxlorotiazid və amilorid aşkarlanığı üçün 30 aylıq diskvalifikasiya olunub.

Onun cəzası 2020-ci ilin martından hesablanacaq.

Qeyd edək ki, Pol Kehinde 2016-cı il Rio-de-Janeyro Yay Paralimpiya Oyunlarının qalibidir.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button