Top.Mail.Ru
İDMAN

Arsen Venger baş məşqçi postuna qayıdır

Hazırda FIFA-da Futbolun inkişafı üzrə direktor vəzifəsində çalışan Arsen Venger 2022-ci ilin yanvarında baş məşqçi postuna qayıdacaq. 

“Report”un məlumatına görə, 72 yaşlı mütəxəssis Səudiyyə Ərəbistanında “Əl-Hilal” və “Əl-Nəsr” komandalarının ən yaxşı futbolçularını Mövsümlük Ər-Riyad Kubokunun oyununa çıxaracaq. Rəqib isə Fransa PSJ-si olacaq. 

Venger sonuncu dəfə 2018-ci ildə baş məşqçi funksiyasını yerinə yetirib. O vaxtdan fransalı mütəxəssis FIFA-da çalışır. Dünya çempionatının iki ildən bir keçirilmə ideyası məhz ona məxsusdur. 

Qeyd edək ki, Arsen Venger İngiltərə “Arsenal”ındakı 22 illik fəaliyyəti ilə məşhurdur. O, “topçular”la 3 dəfə İngiltərə çempionluğu, 7 dəfə ölkə kuboku və eyni sayda Liqa Kuboku qazanıb. Təcrübəli mütəxəssis mövsüm ərzində uduzmamaqla çempionluq əldə edərək, tarixi nailiyyətə imza atıb.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button