Top.Mail.Ru
İDMAN

Daha bir futbolçu Azərbaycan millisinin heyətindən kənarlaşdırılıb

Azərbaycan millisinin daha bir futbolçusu Serbiyaya qarşı 2022-ci il dünya çempionatının seçmə oyununu buraxacaq.

“Report”un məlumatına görə, baş məşqçi Canni De Byazi “Qəbələ” klubundan yığmaya cəlb edilən Rövlan Muradovu “23-lüy”ə daxil etməyib.

Bundan əlavə, ilk koronavirus testi müsbət çıxmış Mahir Emreli və Bakıda zədələndikdən sonra düşərgədən ayrılan Bəhlul Mustafazadə komandaya kömək edə bilməyəcək.

Qeyd edək ki, bu gün Belqraddakı “Rayko Mitiç” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button