Top.Mail.Ru
İDMAN

Mahir Emrelinin anası: “Oğlum üçüncü dəfə test verəcək”

Azərbaycan millisinin və Polşanın “Legiya”ya komandasının ilk koronavirus testi müsbət çıxmış futbolçusu Mahir Emreli üçüncü dəfə yoxlamadan keçəcək.

Bu barədə “Report”a 24 yaşlı hücumçunun anası Elnurə Emreli məlumat verib.

Onun sözlərinə görə, hazırda Serbiyada olan M.Emrelinin COVID-19-a yoluxduğu dəqiq deyil: “Mahir yenidən test verəcək. Heç bir simptomu yoxdur. Hər şey qaydasındadır. Özü ilə yenicə danışmışam, yaxşıdır. Belqradda başqa bir yerə test verməyə gedəcək”.

E.Emreli bildirib ki, oğlunun ötən gün verdiyi test pozitiv, ekspress testi isə neqativ nəticə verib və üstəlik, M.Emreli peyvəndlidir: “Mahir səfər öncəsi, Bakıya gələnədək və Azərbaycana çatdıqdan sonra test verib və nəticə neqativ olub. Komandadan kənarda heç kiminlə təmasa girməyib, azarkeşlərlə görüşməyib. Yoluxma və ya testinin pozitiv çıxma səbəbini hələ bilmirik”.

Qeyd edək ki, AFFA Mahir Emrelinin Serbiyaya qarşı DÇ-2022-nin seçmə oyunundan əvvəl ilk testinin müsbət çıxdığını və UEFA-nın tətbiq etdiyi tibbi protokola uyğun olaraq həmin qarşılaşmanı buraxacağını açıqlayıb. Varşava təmsilçisinin Mətbuat xidmətinin rəhbəri İzabela Kruq ikinci testin mənfi olduğunu diqqətə çatdırıb.

Xatırladaq ki, bu gün Belqraddakı “Rayko Mitiç” stadionunda keçiriləcək Azərbaycan – Serbiya oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button