Top.Mail.Ru
İDMAN

Azərbaycanın U-21 yığması Xorvatiyaya böyük hesabla uduzub

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi 2023-cü il Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

“Report”un məlumatına görə, Milan Obradoviçin baş məşqçi olduğu komanda A qrupundakı 4-cü sınağında Xorvatiya ilə üz-üzə gəlib. Sumqayıtdakı “Kapital Bank Arena”da oynanılan qarşılaşma qonaqların 5:1 hesablı qələbəsi ilə başa çatıb.

Xorvatiyalıların heyətində Roko Şimiç het-trik edib. 18 yaşlı hücumçu 9-cu, 13-cü və 44-cü dəqiqələrdə fərqlənib. Digər 2 qolu 25-ci dəqiqədə Nikola Soldo, 81-ci dəqiqədə isə Yosip Şutalo vurublar. Azərbaycan millisinin heyətində isə yeganə qola 55-ci dəqiqədə Musa Qurbanlı imza atıb. O, penalti zərbəsini dəqiq yerinə yetirib. 68-ci dəqiqədə Turan Vəlizadə ikinci sarı vərəqəni alaraq, meydandan qovulub.

Hazırda 1 xalı olan yığma 6 kollektiv arasında 5-ci pillədə qərarlaşıb. Xallarını 12-yə çatdıran Xorvatiya isə liderliyə yüksəlib.

AVRO-2023-ün seçmə mərhələsi

12 oktyabr

20:30. Azərbaycan – Xorvatiya – 1:5

Qollar: Musa Qurbanlı, 55 (penalti) – Roko Şimiç, 9; 13, 44 (penalti), Nikola Soldo, 25, Yosip Şutalo, 81

Qırmızı vərəqə: Turan Vəlizadə, 68 (Azərbaycan)

Baş hakim: Ondrjey Berka (Çexiya)
Sumqayıt. “Kapital Bank Arena”

Xal durumu: Xorvatiya – 12 (4 oyuna), Norveç – 9 (4), Avstriya – 9 (5), Finlandiya – 7 (4) , Azərbaycan – 1 (4), Estoniya – 0 (5)

Qeyd edək ki, qrupun digər matçlarında Norveç evdə Estoniyanı darmadağın edib – 3:0. Avstriya isə səfərdə Finlandiyaya 1:3 hesabı ilə uduzub.


KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button