Top.Mail.Ru

İDMAN

Draqan Stoykoviç: “Sonuncu dəqiqəyədək üstünlük bizim tərəfimizdə oldu”

“Düşünürəm ki, ilk dəqiqədən sonuncu dəqiqəyədək üstünlük bizim tərəfimizdə oldu. Gözəl epizodlar, baxımlı qollar izlədik. Oyunçular yaxşı əhval-ruhiyyədə idi. Nəticənin əhəmiyyətini bilirdik. Gözlədiyimizi, istədiyimizi etdik”.

“Report”un məlumatına görə, bunu Serbiya yığmasının baş məşqçisi Draqan Stoykoviç evdə Azərbaycan millisini 3:1 hesabı ilə məğlub etdikləri 2022-ci il dünya çempionatının seçmə oyunundan sonra mətbuat konfransında deyib.

56 yaşlı mütəxəssis bildirib ki, ilk hissənin sonlarındakı səhv üzündən buraxılan qola baxmayaraq, komandası sakitliyini qoruyub: “Yeni qol şanslarının olacağını bilirdik, buna inanırdıq. Əsas məqsəd qələbə qazanmaq idi. Matçdan öncə futbolçulara bu barədə demişdim. Oyunçularlmız verilən tapşırıqları yaxşı icra etdilər ki, bu da nəticədə öz əksini tapdı”.

Loading...
Yazının davamı reklamdan sonra

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button