Top.Mail.Ru
İDMAN

DÇ-2022: Şahruddin Məhəmmədəliyev ilk “3-lük”də YER ALIB

UEFA 2022-ci il dünya çempionatının seçmə mərhələsinin VIII turunun oyunlarından sonra statistik göstəriciləri açıqlayıb.

“Report”un məlumatına görə, Azərbaycan millisinin üzvü Şahruddin Məhəmmədəliyev seçmə mərhələdə ən çox qurtarış edən qapıçılar sırasında yer alıb.

27 yaşlı qolkiper meydana çıxdığı 7 oyunda 40 qurtarışla yadda qalıb. O, hazırda bu nominasiyada üçüncü pillədə qərarlaşıb. San Marinodan Elia Benedettini 44 “seyv”lə birinci, Lixtenşteynin oyunçusu Benyamin Byuhel (43) ikinci sıradadır.

Azərbaycan millisi qrupda 7, San Marino və Lixtenşteyn isə 8 matç keçirib.

Qeyd edək ki, Azərbaycan komandası son olaraq Belqraddakı “Rayko Mitiç” stadionunda Serbiyaya 1:3 hesabı ilə uduzub.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu
Close
Back to top button