Top.Mail.Ru
İDMAN

Fransa millisinin futbolçusu koronavirusa YOLUXUB

Fransa millisinin və İtaliyanın “Milan” klubunun futbolçusu Teo Ernandes koronavirusa yoluxub.

“Report” Milan təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, UEFA Millətlər Liqasının oyunlarından sonra 24 yaşlı müdafiəçidən götürülmüş testin nəticəsi müsbət çıxıb. Karantinə alınan oyunçunun vəziyyətinin yaxşı olduğunu bildirilib.

Qeyd edək ki, Fransa yığması UEFA Millətlər Liqasının qalibi olub. Teo Ernandes “Milan”ın heyətində cari mövsüm 9 oyuna çıxıb, 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button