Top.Mail.Ru
İDMAN

“Bavariya”nın futbolçusu həbs OLUNA BİLƏR

Almaniya “Bavariya”sının futbolçusu Lukas Ernandesi 1 ilədək həbs cəzası gözləyir.

“Report”un AS nəşrinə istinadən məlumatına görə, fransalı müdafiəçi məhkəmənin çıxardığı qərarı icra etməməkdə günahlandırılır.

Bu səbəbdən 25 yaşlı oyunçu oktyabrın 19-da yenidən hakim qarşısına çıxacaq.

Qeyd edək ki, Lukas Ernandes 2017-ci ildə İspaniya “Atletiko”sunda oynayarkən sevgilisinə hücum edib. Bundan sonra məhkəmə futbolçunun rəfiqəsinə yaxınlaşmasına qadağa qoyub. Lakin oyunçu bir müddət sonra sevgilisi ilə tətilə yollanıb.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button