Top.Mail.Ru
İDMAN

“Milan” 38 yaşlı qapıçını TRANSFER EDİB

İtaliya “Milan”ı heyətini yeni qapıçı ilə gücləndirib.

“Report” klubun rəsmi saytına istinadən xəbər verir ki, Milan şəhərinin eyniadlı təmsilçisi Antonio Miranteni transfer edib.

38 yaşlı qolkiperlə cari mövsümün sonunadək müqavilə imzalanıb. Təcrübəli qapıçı yeni komandasına azad agent kimi keçib.

“Milan” əsas qapıçısı Mik Menyanın 10 həftəlik sıradan çıxmasından sonra Mirante ilə danışıqlara başlamışdı.

Qeyd edək ki, son klubu “Roma” olan Antonio Mirante bu ilin iyununda “canavarlar”la vidalaşıb. İtaliyalı qolkiper karyerası ərzində ölkəsinin “Krotone”, “Yuventus”, “Sampdoriya”, “Parma” və “Bolonya” klublarının da formasını geyinib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button