Top.Mail.Ru

İDMAN

“Qəbələ”nin futbolçusu WAFF turnirinin qalibi olub

“Qəbələ” klubunun futbolçusu Omar Haninin çıxış etdiyi İordaniyanın U-23 millisi Qərbi Asiya Futbol Federasiyasının (WAFF) təşkil etdiyi turnirin qalibi olub.

“Report”un məlumatına görə, İordaniya seçməsi finalda Səudiyyə Ərəbistanı ilə üz-üzə gəlib.

Dammam şəhərindəki qarşılaşma İordaniyanın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Omar Hani görüşün ikinci hissəsində meydana daxil olub.

Loading...
Yazının davamı reklamdan sonra

11 komandanın iştirak etdiyi tuniri Səudiyyə Ərəbistanı Futbol Federasiyası və WAFF təşkil edib.

Qeyd edək ki, WAFF U-23 çempionatı 2015-ci ildən təşkil olunur. Yarışın ilk qalibi daha sonra Orta Asiya Futbol Federasiyasına keçən İran seçməsi olub.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button