Top.Mail.Ru

İDMAN

Fransa prezidenti və Arsen Venger xeyriyyə matçında MEYDANA ÇIXACAQ

Bu gün Fransada əfsanəvi futbolçulardan və həkimlərdən ibarət komandaları arasında xeyriyyə matçı keçiriləcək.

“Report” xəbər verir ki, veteran oyunçuların yığmasında ölkə prezidenti Emmanuel Makron və İngiltərə “Arsenal”ının sabiq baş məşqçisi Arsen Venger start heyətində meydana çıxacaq. Makron dayaq yarımmüdafiəçisi qismində, 79 yaşlı mütəxəssis isə mərkəz müdafiəçisi mövqeyində mübarizə aparacaq.

Əfsanələr komandasında Rudi Qarsiya, Kristian Karambö, Sonni Anderson, Rober Pires, Sidney Qovu, Matyö Bodmer və Alen Jiress kimi keçmiş futbolçular da yer alıb.

Loading...
Yazının davamı reklamdan sonra

Qeyd edək ki, Puassi şəhərində oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 19:15-də başlayacaq.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button