Top.Mail.Ru

İDMAN

Azərbaycan çempionatının matçı yarımçıq DAYANDIRIB

AFFA İntizam Komitəsi futzal üzrə II Liqada mübarizə aparan “Zülfüqar” komandasına 0:5 hesablı texniki məğlubiyyət verib.

“Report”un məlumatına görə, buna “Hövsan”la I tur oyununun yarımçıq dayandırılması səbəb olub.

Matçın gedişində meydan sahiblərinin 3 üzvü – Elmir Adiyev, Şəhriyar Gülüşov və Elmir Məmmədov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırılıblar. Hər 3 futzalçı 1 oyunluq cəzalandırılıb.

Loading...
Yazının davamı reklamdan sonra

Bundan başqa, görüş başa çatdıqdan sonra “Zülfüqar” komandasının digər oyunçusu Vüsal Məmmədov hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb və 4 oyun cəza alıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button