Top.Mail.Ru

İDMAN

“Legiya”nın hücumçusu QARƏT OLUNUB

Polşa “Legiya”sının futbolçusu Tomaş Pexartın evi qarət olunub.

“Report”un məlumatına görə, bu barədə çexiyalı hücumçu “Interia Sport”a müsahibəsində deyib.

Onun sözlərinə görə, hadisə oktyabrın 5-də baş verib. Cinayətkarlar 32 yaşlı forvardın evindən pul, qızıl-zinət əşyaları və dəyərli saatlar oğurlayıblar.

Loading...
Yazının davamı reklamdan sonra

Özü və ailəsinin şoka düşdüyünü söyləyən təcrübəli oyunçu polisə müraciət etdiklərini, istintaqın nəticələrini gözlədiklərini bildirib.

Qeyd edək ki, Tomaş Pexart 2022-ci ilin fevralından “Legiya”da çıxış edir. Azərbaycan millisinin hücumçusu Mahir Emreli də Varşava təmsilçisinin şərəfini qoruyur.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button