Top.Mail.Ru

İDMAN

Fransa prezidenti xeyriyyə matçında QOL VURUB

Fransada əfsanəvi futbolçulardan və həkimlərdən ibarət komandalar arasında xeyriyyə matçı keçirilib.

“Report”un məlumatına görə, görüş veteranların 6:1 hesablı qələbəsi ilə başa çatıb. Sözügedən komandanın heyətində qollardan birini ölkə başçısı Emmanuel Makron vurub. O, penaltidən fərqlənib.

Əfsanələr komandasında Arsen Venger, Rudi Qarsiya, Kristian Karambö, Sonni Anderson, Rober Pires, Sidney Qovu, Matyö Bodmer və Alen Jiress kimi keçmiş futbolçular da yer alıb.

Qeyd edək ki, oyundan əldə olunan gəlir Parisdəki xəstəxanalar arasında bölüşdürüləcək.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button