Top.Mail.Ru

İDMAN

“Legiya”nın baş məşqçisi: “Emreli “Lex”ə qarşı yaxşı oyun GÖSTƏRƏCƏK”

“Ekstraklasada xallara oksigen kimi ehtiyacımız var. Vəziyyətin necə olduğunu bilirik, bir neçə oyunda məğlub olduq. Harada olduğumuzun da fərqindəyik. Rəqib mövsümə yaxşı başlayıb. Bizi maraqlı oyun gözləyir”.

“Report”un məlumatına görə, bu fikirləri Polşanın “Legiya” klubunun baş məşqçisi Çeslav Mixneviç “Lex” (Poznan) komandasına qarşı keçirəcəkləri XI tur oyunundan əvvəl mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin durumu haqqında da danışıb: “Emreli sağlamdır, peyvənd olunub, əlavə testlərdən keçib və “Lex”ə qarşı oynaya bilər. Düşünürəm ki, yaxşı oyun göstərəcək”.

Loading...
Yazının davamı reklamdan sonra

Qeyd edək ki, oktyabrın 17-də keçiriləcək “Legiya” – “Lex” görüşü Bakı vaxtı ilə saat 19:30-da başlayacaq. “Lex” 10 oyundan sonra 21 xalla liderdir. “Legiya” isə 8 oyuna 9 xalla 15-ci sırada qərarlaşıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button