Top.Mail.Ru

İDMAN

Böyük Dəbilqə: Azərbaycanın 6 cüdoçusu mübarizəyə başlayır

Bu gün Azərbaycanın 6 cüdoçusu Fransanın paytaxtı Parisdə keçiriləcək Böyük Dəbilqədə mübarizəyə başlayacaq.

“Report”un məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən Balabəy Ağayev 1/8 final mərhələsində Jolan Florimontla (Fransa) üz-üzə gələcək.

66 kq-dakı İsmayıl İbrahimov 1/16 finalda Robin Korrado (Fransa) ilə, eyni çəkidəki İbrahim Əliyev Xuan Ernandeslə (Kolumbiya) görüşəcək.

Loading...
Yazının davamı reklamdan sonra

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilmiş Qran-pridə qızıl medal qazanan Hidayət Heydərov (73 kq) 1/16 final mərhələsində Enzo Gibelli (Fransa) ilə, eyni çəkidəki Telman Vəliyev isə David Lima (Braziliya) ilə qarşılaşacaq.

Azərbaycanın yarışdakı yeganə qadın cüdoçusu İçinxorlu Muntsxedev (57 kq) Seija Ballhausun (Almaniya) müqavimətini qırmağa çalışacaq.

Qeyd edək ki, yarışa oktyabrın 17-də yekun vurulacaq.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button