Top.Mail.Ru

İDMAN

Böyük Dəbilqə: Azərbaycan cüdoçusu yarımfinala yüksəlib

Azərbaycanın 6 cüdoçusu Fransanın paytaxtı Parisdəki Böyük Dəbilqədə mübarizəyə başlayıb.

“Report”un məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən Balabəy Ağayev Jolan Florimont (Fransa) və Genki Kogaya (Yaponiya) qalib gələrək yarımfinala yüksəlib.

O, finala gedən yolda Sumiyabazar Enkhtaivanla üz-üzə gələcək.

Loading...
Yazının davamı reklamdan sonra

66 kq-dakı İsmayıl İbrahimov ilk görüşdə Robin Korradoya (Fransa) uduzub. Eyni çəkidəki İbrahim Əliyev Xuan Ernandesi (Kolumbiya) mübarizədən kənarlaşdırsa da, Valid Hyara (Fransa) məğlub olub.

Hidayət Heydərov (73 kq) Enzo Gibelli (Fransa) və Bernd Gablerdən (Almaniya) güclü olub. O, 1/4 finalda Somon Makhmadbekovun müqavimətini qıra bilməyib. Heydərov təsəlliverici görüşdə Denis Yatsevlə (Rusiya) güləşəcək.

Eyni çəkidəki Telman Vəliyev David Limaya (Braziliya) qalib gəlib, lakin 1/8 finalda Alexandru Raucuya (Rumıniya) məğlub olub.

Qadın cüdoçu İçinxorlu Muntsxedev Seija Ballhausu (Almaniya) yensə də, Priscilla Gnetoya (Fransa) uduzaraq mübarizəni dayandırıb.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button