Top.Mail.Ru

İDMAN

Azərbaycan Premyer Liqası: “Keşlə” “Səbail”i məğlub edib

Futbol üzrə Azərbaycan Premyer Liqasında VII tura start verilib.

“Report”un məlumatına görə, günün ilk oyununda “Səbail” “Keşlə”ni qəbul edib.

Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdəki qollar ikinci hissədə vurulub.

68-ci dəqiqədə Tərlan Quliyev cərimə zərbəsindən hesabı açaraq “Keşlə”ni önə keçirib. 3 dəqiqə sonra Rauf Əliyev bərabərlik qoluna imza atıb. 81-ci dəqiqədə isə Anatole Abanq komandasına qələbə qazandırıb.

Bu nəticədən sonra xallarının sayını 7-ə çatdıran “Keşlə” “Sumqayıt”la birlikdə 5-6-cı yerləri bölüşdürür. “Dənizçilər” isə 6 xalla 7-ci sıradadır.

Qeyd edək ki, günün digər matçında “Qəbələ” “Zirə” ilə üz-üzə gələcək. Tura oktyabrın 17-də oynanılacaq “Sumqayıt” – “Neftçi” və “Sabah” – “Qarabağ” matçları ilə yekun vurulacaq.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button