Top.Mail.Ru

İDMAN

Almaniya, İtaliya və Fransa klublarının skautları Mahir Emrelinin oyununu izləyəcəklər

Azərbaycan millisinin və Polşa “Legiya”sının futbolçusu Mahir Emreli Avropa klublarının maraq dairəsinə düşüb.

“Report” “sportowefakty.wp.pl” saytına istinadən xəbər verir ki, Almaniya, İtaliya, Fransa, Danimarka və Çexiya komandalarının skautlərı 24 yaşlı forvardın oyununu izləyəcəklər.

Onlar forvardı iş başında görmək üçün Varşava təmsilçisinin evdə “Lex”ə qarşı keçirəcəyi Ekstraklasanın XII tur matçına tribunadan canlı baxacaqlar.

Loading...
Yazının davamı reklamdan sonra

Skautların siyahısında Emreli ilə yanaşı, onun komanda yoldaşları Mayk Navrotski və Mateuş Veteskanın, həmçinin qonaqlardan Yakub Kaminski, Mikael İshak və Lyubomir Şatkanın da adları var.

Qeyd edək ki, bu gün oynanılacaq “Legiya” – “Lex” görüşü Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button