Top.Mail.Ru

İDMAN

Futbol matçında insident: Qapıçı buraxılan qola görə komanda yoldaşını döyüb

Futbol üzrə Şimali İrlandiya çempionatında “Qlentoran” və “Kolreyn” komandaları arasında keçirilmiş oyunda insident baş verib.

“Report”un məlumatına görə, meydan sahiblərinin qapıçısı Aaron Makkeri buraxılan qoldan sonra komanda yoldaşı Bobbi Byörnsə hücum çəkib.

Müdafiəçinin sifətinə zərbə endirən 29 yaşlı qolkiper onu yerə yıxıb. Makkerini digər futbolçular sakitləşdiriblər. Təcrübəli qapıçı etdiyi hərəkətə görə qırmızı vərəqə alaraq meydandan qovulub.

Loading...
Yazının davamı reklamdan sonra

Qeyd edək ki, qarşılaşma 2:2 hesabı ilə başa çatıb.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button