Top.Mail.Ru

İDMAN

Böyük Dəbilqə: Kokauri yarımfinalda, 2 cüdoçu mübarizəni dayandırıb

Bu gün Azərbaycanın daha 3 cüdoçusu Fransanın paytaxtı Parisdəki Böyük Dəbilqədə mübarizəyə başlayıb.

“Report”un məlumatına görə, son yarış günündə 81 kq-da Murat Fətiyev, 90 kq-da Məmmədəli Mehdiyev və 100 kq-dan yuxarı çəkidə Uşangi Kokauri qüvvəsini sınayıb. Hər üç idmançı mübarizəyə 1/8 finaldan start verib.

Fətiyev ilk görüşündə Tim Qramkova (Almaniya), Mehdiyev Aleksis Matyöyə (Fransa) ipponla uduzaraq turnirlə vidalaşıb.

Loading...
Yazının davamı reklamdan sonra

Kokauri isə startda Emre Sanala (Fransa) ipponla qalib gəlib. 1/4 finalda Mbaknik Mbayedən də güclü olan Kokauri yarımfinala vəsiqə qazanıb.

Qeyd edək ki, yarışın ilk günündə Azərbaycan cüdoçularından Balabəy Ağayev (60 kq) qızıl, Hidayət Heydərov (73 kq) isə bürünc medal qazanıb.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button