Top.Mail.Ru

İDMAN

“Sumqayıt” – “Neftçi” oyununda insident baş verib

“Sumqayıt” və “Neftçi” komandaları arasında keçirilən futbol üzrə Azərbaycan Premyer Liqasının VII tur matçında insident baş verib. 

“Report”un məlumatına görə, bunu qonaq komandanın bir qrup azarkeşinin tribunaya buraxılmaması səbəb olub. Polislər məcburən ayaq üstə duran fanatlara kluba ayrılmış 100 nəfərlik yerin artıq dolduğunu bildirərək, onları stadiondan uzaqlaşdırmaq istəyiblər. Buna etiraz edən tərəfdarlar isə tribunadan çıxmaq istəməyiblər. 

İnsidentin böyüməsinə iki klubun rəsmiləri imkan verməyiblər. Onlar polislərlə danışıqlar apararaq, həmin azarkeşləri tribunada yer almasına nail olublar. 

Loading...
Yazının davamı reklamdan sonra

Qeyd edək ki, “Kapital Bank Arena”da keçirilən “Sumqayıt” – “Neftçi” qarşılaşmasında hələlik hesab açılmayıb – 0:0. 


KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button