Top.Mail.Ru

İDMAN

Azərbaycan Premyer Liqası: “Neftçi” “Sumqayıt”da xal itirib

Futbol üzrə Azərbaycan Premyer Liqasında VII turun daha bir oyunu keçirilib. 

“Report”un məlumatına görə, “Kapital Bank Arena”da “Sumqayıt” və “Neftçi” komandaları üz-üzə gəlib. FIFA referisi Elçin Məsiyevin idarə etdiyi görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. 

Hər iki qol ikinci hissədə vurulub. 50-ci dəqiqədə meydan sahiblərindən Murad Xaçayev əks-hücum zamanı uzun reyd edərək, topu rəqib qapısından keçirib. Bundan cəmi 4 dəqiqə sonra qonaqların belçikalı yarımmüdafiəçisi Sabir Buqrin uzaqdan baxımlı qola imza atıb. 

77-ci dəqiqədə isə “Sumqayıt”ın və Azərbaycan millisinin zədəsini yenicə bərpa olunmuş hücumçusu Əli Qurbani ikili mübarizə zamanı dizindən xəsarət alaraq, əvəzlənməli olub. 

Bu nəticədən sonra “Neftçi” 14 xalla 2-ci, “Sumqayıt” 8 xalla 5-ci pillədə qalıb. 

Qeyd edək ki, turun ilk oyun günündə “Keşlə” evdə “Səbail”ə 2:1 hesabı ilə qalib gəlib, “Qəbələ” – “Zirə” matçı isə heç-heçə ilə yekunlaşıb – 1:1. Tura bu gün saat 18:45-də başlanacaq “Sabah” – “Qarabağ” qarşılaşması ilə yekun vurulacaq. 
 


KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button