Top.Mail.Ru

İDMAN

Azərbaycan millisinin futbolçusu Türkiyədə klubunu dəyişib

Türkiyənin qadınlardan ibarət liqasında çıxış edən “Kayseri Genclerbirliyi” klubu Azərbaycan millisinin futbolçusu Sona Rəhimovanı heyətinə qatıb.

“Report” klubun rəsmi saytına istinadən xəbər verir ki, Kayseri təmsilçisi 20 yaşlı yarımmüdafiəçi ilə müqavilə imzalayıb.

Rəhimovanın sözləşməsinin detalları açıqlanmayıb. O, artıq yeni komandası ilə məşqlərə də start verib.

Loading...
Yazının davamı reklamdan sonra

Qeyd edək ki, Sona Rəhimova daha əvvəl “Kayserispor”un şərəfini qoruyub.


KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button