Top.Mail.Ru

İDMAN

Azərbaycan cüdoçusu: “Gələn dəfə Parisdə olimpiya çempionu olmaq istəyirəm”

Fransanın paytaxtı Parisdəki Böyük Dəbilqədə 60 kq çəki dərəcəsində qızıl medal qazanmış Azərbaycan cüdoçusu Balabəy Ağayevin “Report”a müsahibəsi

– Yarışla bağlı təəssüratlarınız necədir və hansı hissləri keçirirsiniz?
– Yarış haqqında təəssüratlarım çox yaxşıdır. Qalib olduğum üçün çox sevincliyəm. Hazırda bu hisslərimi sizə sözlə ifadə edə bilməyəcəyəm.

– Gənclərin yarışında nəticələr qazanmısınız. Böyüklərdə isə ilk dəfə uğur əldə edirsiniz. Medal qazanacağınıza və ya qalib olacağınıza əvvəlcədən inanırdınız?
– 2018-ci ildə gənclər arasında dünya ikincisi olmuşdum. Amma düzü, belə yarışda qalib olacağımı gözləmirdim. Vətənə medalla qayıdacağıma hardasa ümid edirdim. Amma qızıl medal ağlıma belə gəlmirdi.

– Sizin çəkininizdə titullu idmançılar var idimi və rəqiblər arasında ən çətini kim oldu?
– 60 kq-da yetərincə yaxşı cüdoçu mübazirə aparırdı. 1/8 finalda qarşılaşdığım fransalı Jolan Florimonta daha əvvəl qalib gəlmişdim. Böyüklər arasında da ilk görüşüm məhz ona qarşı oldu. Çox gərgin görüş alındı. 8 dəqiqə mübarizə apardıq. İki cərimə xalı almışdım, buna baxmayaraq, qızıl xal bölümündə vazari ilə qalib gəldim.

– Azərbaycan cüdoçuları adətən Yaponiya təmsilçiləri üzərində daha az qələbə əldə edir. 1/4 finalda Genki Koqa ilə dueldən qalib ayrıldınız. Həmin görüşdə rəqibi nəyin hesabına məğlub etdiniz?
– Həmin qarşılaşmaya çox yaxşı köklənmişdim. Tatamiyə çıxanda ancaq qələbə haqqında fikirləşirdim. Özümə inamım həddindən artıq çox idi. Düşünürəm ki, cüdoda hər rəqibə qalib gəlmək olar.

– 60 kq-da Azərbaycan millisində həmişə güclü idmançılar olub, amma son zamanlar bu çəkidə daimi lider yoxdur. Davud Məmmədsoy və Kəramət Hüseynovu rəqabətdə üstələyib, lider idmançıya çevrilə bilərsinizmi?
– Bunu burada deməyim düzgün olmaz. Hər şeyi qarşıdakı yarışlar göstərəcək. Belə məsələləri zamana buraxmalıyıq.

– Qızıl medal qazanandan sonra gənclər və idman naziri Fərid Qayıbov sizi təbrik etdi. Bu barədə nə deyə bilərsiniz?
– Cənab nazirə göstərdiyi diqqətə görə dərin minnətdarlığımı bildirirəm. Fərid Qayıbovun haqqımda qeyd etdiyi fikirlər məsuliyyətimi daha da artırır. Əlimdən gələni edəcəyəm ki, uğurumun davamı gəlsin.

– Fərid Qayıbov sizdən 2024-cü il Parisdəki olimpaidada da qızıl medal gözlədiyini yazmışdı…
– Mən də Parisdə yenidən çempion olmaq istəyirəm. Gələn dəfə artıq olimpiadanın qızıl medalını hədəfləyirəm. Niyə də olmasın?

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button