Top.Mail.Ru

İDMAN

Qış Olimpiya Oyunlarının məşəli alovlandırılıb

2022-ci ildə Çinin paytaxtı Pekində keçiriləcək Qış Olimpiya Oyunlarının məşəli alovlandırılıb.

“Report”un məlumatına görə, Yunanıstandakı tarixi Olimpiya bölgəsində təşkil olunmuş mərasim pandemiya səbəbindən azarkeşsiz keçirilib.

Məşəli daşıyan ilk idmançı yunan xizəkçi Yannis İoannis Antoniu olub. Yunanıstandakı estafet bir gün davam edəcək. Məşəl oktyabrın 19-da tarixi “Panatinaikos” stadionunda Çin nümayəndələrinə təhvil veriləcək, daha sonra xüsusi çarter reysi ilə Çinə aparılacaq. Estafet olimpiadanın açılışının gerçəkləşəcəyi fevralın 4-də başa çatacaq.

Loading...
Yazının davamı reklamdan sonra

Qeyd edək ki, Pekin Qış Olimpiya Oyunları 2022-ci il 4 – 20 fevralda keçiriləcək.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button