Top.Mail.Ru

İDMAN

“Sabah”ın futbolçusu: “Qarabağ”ın qapıçısına belə reaksiya verməklə səhv etdim”

“Həmin hadisədən öncəki epizodda top uğrunda adi mübarizə gedirdi. Rəqib qapıçıya zərər yetirmək fikrim yox idi. Biz yerdə qaldıqda, o, mənim zədəli dizimin üzərinə yıxıldı”.

Bu fikirləri “Reoprt”a açıqlamasında “Sabah” klubunun futbolçusu Xulio Sezar Rodrigez “Qarabağ”a 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının VII tur oyununda qırmızı vərəqə alması barədə danışarkən deyib.

31 yaşlı hücumçu 27-ci dəqiqədə baş vermiş epizodda heç bir irad bildirmədən, özündən asılı olmayaraq, dizini tutaraq yerə yıxıldığını söyləyib: “Rəqib qapıçı Şahruddin Məhəmmədəliyev isə mənə çox sərt irad bildirdi. Həmin an bu cür reaksiya verməklə səhv etdim. Ancaq rəqib qapıçının həmin anda belə sərt reaksiya göstərməsi və məni təxribata çəkməsi düzgün deyildi”.

Loading...
Yazının davamı reklamdan sonra

Qeyd edək ki, Xulio Rodriges birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.


KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button