Top.Mail.Ru

İDMAN

İngiltərəli qapıçı penalti epizodları ilə bağlı “şparqalka” hazırlayıb

İngiltərənin “Everton” futbol klubunun qapıçısı Cordan Pikford evdə “Vest Hem”ə qarşı keçirdikləri Premyer Liqanın VIII tur oyunundan öncə maraqlı addım atıb.

“Report” “Goal” nəşrinə istinadən xəbər verir ki, 27 yaşlı qolkiper mümkün penalti epizodları zamanı topu qaytara bilmək üçün “şparqalka” hazırlayıb.

İngiltərəli qapıçı rəqib komandanın heyətində 11 metrlik cərimə zərbələrini yerinə yetirən futbolçuların topu çərçivənin hansı hissələrinə vurmaları ilə bağlı infoqrafik məlumatları su şüşəsinin üzərinə yerləşdirib.

Loading...
Yazının davamı reklamdan sonra

Qeyd edək ki, qarşılaşma “Everton”un 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button