Top.Mail.Ru

İDMAN

UEFA “Qarabağ”la bağlı növbəti paylaşım edib

UEFA Konfrans Liqasının rəsmi tviter səhifəsi “Qarabağ”la bağlı paylaşım edib.

“Report” xəbər verir ki, turnirin sosial şəbəkə hesabında Ağdam klubunun səfərdə “Sabah”ı 2:1 hesabı ilə məğlub etdiyi Azərbaycan Premyer Liqasının VII tur matçından fotolar yayımlanıb.

“Başqa bir həftəsonu, “Qarabağ”ın növbəti qələbəsi” başlıqlı paylaşımda “köhlən atlar”ın bütün turnirlərdə ardıcıl 15 oyundur məğlub olmaması, 10 qələbə qazanıb, 5 dəfə heç-heçə etməsi vurğulanıb.

Loading...
Yazının davamı reklamdan sonra

Qeyd edək ki, “Qarabağ” Konfrans Liqasında növbəti oyununu oktyabrın 21-də keçirəcək. Qurban Qurbanovun baş məşqçi olduğu komanda Qazaxıstan “Kayrat”ını qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək qarşılaşma saat 20:45-də başlayacaq.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button