Top.Mail.Ru

İDMAN

Dmitri Nazarov mövsümün ən yaxşı futbolçusu seçilib

Azərbaycan millisində çıxış etmiş Dmitri Nazarov Almaniyanın “Ertsgebirge” klubunda 2020/2021 mövsümünün ən yaxşı futbolçusu seçilib.

“Report” “Freiepresse” nəşrinə istinadən xəbər verir ki, sorğu onlayn formada gerçəkləşib.

Səsvermədə 336 fanat iştirak edib. Bunlardan 23 faizi 31 yaşlı hücumçunu mövsümün oyunçusu adına layiq görüb. Aue təmsilçisinin qapıçısı və kapitanı Martin Mannel ikinci yeri tutub.

Loading...
Yazının davamı reklamdan sonra

Qeyd edək ki, Dmitri Nazarov 2016-cı ildən “Ertsgebirge”nin şərəfini qoruyur. 2014-cü ildən Azərbaycan yığmasına dəvət alan oyunçu son olaraq, 2019-cu il noyabrında Slovakiyaya səfərdə 0:2 hesabı ilə uduzduqları görüşdə millinin formasını geyinib.


KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button